Bank Of Baku

Qubadakı kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılar dayandırılıb

Qubadakı kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılar dayandırılıb
# 15 iyul 2008 13:13 (UTC +04:00)
Bakı.Laura Cəbrayıllı-APA. Qubada aşkar edilən kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılar dayandırılıb. Ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev APA-ya açıqlamasında tədqiqatların maliyyə çatışmazlığı ilə əlaqədar müvəqqəti dayandırıldığını bildirib: “Biz II mərhələni qurtarmaq üzrəyik. Qarşıda bizi III mərhələ, quyuların açılması və nəhayət burada muzey yaradılması gözləyir. Başladığımız işi yekunlaşdırmalıyıq”.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli APA-ya bu problemin həll olunacağını və ekspedisiyanın davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, son məlumatlara görə, ərazidə aşkar edilən insan kəllələrinin sayı 196 olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR