Bank Of Baku

TQDK ali hərbi məktəblərin vakant yerlərinə qəbul üçün müsabiqə elan edib

TQDK ali hərbi məktəblərin vakant yerlərinə qəbul üçün müsabiqə elan edib
# 15 iyul 2008 14:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Ali Hərbi Məktəblərinin boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə elan edib. Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Müsabiqədə 2008/2009-cu tədris ili üçün Azərbaycan bölməsinin I ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak etmiş və 200-dən yuxarı bal toplamış 01.09.2008-ci il tarixə kimi 17 yaşı tamam olan və orta məktəbi bitirdiyi ildə 19 yaşı tamam olmayan oğlan abituriyentlər iştirak edə bilər. Ali hərbi məktəblərə qəbul olmaq istəyənlər lazımi sənədləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış Sənəd Qəbulu Komissiyasına təqdim edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR