Bank Of Baku

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi bir sıra müəssisələrdə nöqsanlar aşkar edib

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi bir sıra müəssisələrdə nöqsanlar aşkar edib
# 15 iyul 2008 15:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (SMPDA) iyulun 11-dən 15-dək keçirdiyi dövlət nəzarəti tədbirləri zamanı bir sıra müəssisələrdə nöqsanlar aşkar edilib.
Agentliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, süd məhsulları istehsal edən bir və çörək istehsal edən iki müəssisədə dövlət standartının tələblərinin pozulduğu müəyyənləşdirilib. Yoxlanılan məhsulun istehsalı və satışı qadağan edilib, nöqsanların aradan qaldırılması üçün müəssisəyə iradnamə verilib və inzibati xəta haqqında qərar qəbul olunub. Çörək istehsal edən müəssisəyə istismar edilən ölçmə vasıtələrinin istismardan çıxarılması barədə tələbnamə də verilib. Agentlik tərəfindən qənd istehsal edən bir müəssisədə də standartın tələblərinin pozulduğu aşkarlanıb. Dövlət nəzarətinin nəticələrinə görə, yoxlanılan məhsul partiyasının satışı və məhsul istehsalı qadağan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR