Bank Of Baku

Naxçıvanda deputat köməkçiləri üçün təlim sessiyası keçirilir

Naxçıvanda deputat köməkçiləri üçün təlim sessiyası keçirilir
# 16 iyul 2008 07:29 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu APA. Naxçıvan Muxtar Respublikasında deputat köməkçiləri üçün təlim sessiyası keçirilir.
Muxtar Respublika Mərkəzi Seçki Komissiyasından (MSK) APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, kursların təşkilində məqsəd deputat köməkçilərinin peşəkarlıqlarının yüksəldilməsi və seçicilərlə işin daha səmərəli təşkil olunmasıdır. “Azərbaycan Parlament Proqramı” çərçivəsində baş tutan və ölkənin müxtəlif bölgələrindən gələn deputat köməkçilərinin iştirak etdiyi sessiyanın ilk günündə iştirakçılara mühazirələr oxunub, fikir mübadiləsi aparılıb. Təlim sessiyası 4 gün davam edəcək.
Qeyd edək ki, “Azərbaycan Parlament Proqramı” ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə Milli Məclis arasında imzalanılan memorandum əsasında təsdiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR