Bank Of Baku

ATƏT Azərbaycan və Gürcüstan sərhəd və gömrük zabitləri üçün birgə seminar keçirir

ATƏT Azərbaycan və Gürcüstan sərhəd və gömrük zabitləri üçün birgə seminar keçirir
# 16 iyul 2008 08:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. ATƏT-in təşəbbüsü ilə “Qırmızı körpü” sərhəd zastavasında ilk dəfə olaraq Azərbaycan və Gürcüstan sərhəd və gömrük əməkdaşları üçün sərhədlərarası əməkdaşlığa dair praktiki seminar keçirilir. ATƏT-in Bakı ofisinin mətbuat katibi Rəşad Hüseynov APA-ya bildirib ki, seminar iyulun 16-17-də keçiriləcək. Seminarda Azərbaycan Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətindən 10 zabit, Gürcüstan tərəfdən isə 12 zabit qatılacaq. ATƏT və digər beynəlxalq təşkilatların ekspertləri sərhəd və gömrük zabitlərinə insan alveri, Qafqaz bölgəsində qaçaqmalçılıq təhlükəsi, saxta sənədlər, narkotiklərin testi və müayinəsi mövzusunda təqdimatlar keçirəcəklər. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR