Bank Of Baku

Qədim Şəmkir şəhəri ərazisində uzunmüddətli tədqiqatlar aparılacaq

Qədim Şəmkir şəhəri ərazisində uzunmüddətli tədqiqatlar aparılacaq
# 16 iyul 2008 09:40 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Hazırda böyük ekspedisiyalarımız Qəbələdə və Şəmkirdə tədqiqat aparır. Qəbələdə antik dövr və ortan əsrlər dövründəki şəhər yeri qazılır. Orta əsr Şəmkir şəhərinin xarabalıqlarında da arxeoloji qazıntılar aparılır”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli deyib. O, Azərbaycan prezidentinin sərəncamı əsasında ayrılan 1 milyon manatın 300 mininin artıq institutun büdcəsinə daxil olduğunu bildirib: “Bu vəsait planda nəzərdə tutulan arxeoloji ekspedisiyalar üçün xərclənəcək. Qubada aşkar edilən kütləvi məzarlıqdakı tədqiqatlara bu vəsaitdən məbləğ ayrılmayacaq, çünki o, bir növ planlaşdırılmayan tədqiqatdır. Respublika ərazisində bir neçə böyük ekspedisiyaya başlayacağıq, ən əsası isə qədim Şəmkir şəhəri ərazisində uzunmüddətli, geniş tədqiqatların aparılması nəzərdə tutulub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR