Bank Of Baku

Bakıda “Azərbaycan sivilizasiyaların qovşağında” adlı yeddi günlük beynəlxalq yay seminarı keçirilir

Bakıda “Azərbaycan sivilizasiyaların qovşağında” adlı yeddi günlük beynəlxalq yay seminarı keçirilir
# 16 iyul 2008 09:41 (UTC +04:00)
Bakı. Turan Hüseynova-APA. Bakıda “Azərbaycan sivilizasiyaların qovşağında” adlı yeddi günlük beynəlxalq yay seminarı öz işinə başlayıb. APA-nın məlumatına görə, seminarın birinci günündə Bakı Dövlət Universitetinin tarix elmləri doktoru Kərim Şükürov məruzə ilə çıxış edib. O, Azərbaycannın tarixi, mədəniyyəti, İslam dünyasında tutduğu yeri və rolu barəsində danışıb. İslam Konfransının Gənclər Forumunun media şöbəsinin direktoru Nabat Qaraxanovanın APA-ya verdiyi məlumata görə, bu seminar Rusiyanın aparıcı ali təhsil ocaqlarının tələbə hərəkatlarının iyirmi nəfərdən ibarət fəalları üçün keçirilir. Seminar zamanı tələbələrə, ölkəmiz haqqında müzahirələr, Azərbaycanın tarixi və mədəni mərkəzinin irsi olan və beynəlxalq kontekstə Dağlıq Qarabax konfliktini haqqında mühazirələr oxunacaq. Seminar çərçivəsində iştirakçılar Azərbaycanın tarixi yerləri: Gəncə, Şəki, Qobustana gedəcək, Suraxanı Atəşğahını ziyarət edəcəklər. N. Qaraxanova əlavə edib ki, seminar çərcivəsində ayrıca olaraq “Xocalıya-ədalət, Qarabağa-azadlıq” adı foto sessiya keçiriləcək. Hal-hazırda bu sessiya üçün xüsusi sayt hazırlanır. Qeyd edək ki, seminar Heydər Əliyev adına Fondun Moskvada nümayəndəliyi və İKT Gənclər Forumununun Sivilizasiya İttifaqının təşəbbüsü ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR