Bank Of Baku

Dövlət ittihamçısı Azərbaycan-Gürcüstan sərhədində çobanı qətlə yetirən əsgərə 13,5 il iş verilməsini istəyib

Dövlət ittihamçısı Azərbaycan-Gürcüstan sərhədində çobanı qətlə yetirən əsgərə 13,5 il iş verilməsini istəyib
# 16 iyul 2008 11:02 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim İsgəndər Hacıyevin sədrliyi ilə Dövlət Sərhəd Xidmətinin Qazax rayonunda yerləşən “N” saylı Hərbi Hissəsinin əsgəri Vasif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə çıxış edən dövlət ittihamçısı V. Ağayevin 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə iyulun 18-də hökmü elan edəcək. Qeyd edək ki, V. Ağayev Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə adam öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham olunur. İttihama görə, V. Ağayev Azərbaycan-Gürcüstan sərhəddində qoyun otaran Gürcüstan vətəndaşı Elçin Nəsibovu qətlə yetirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR