Bank Of Baku

Elçin Behbudov 10 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçirib

Elçin Behbudov 10 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçirib
# 16 iyul 2008 11:03 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 10 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçirib. Komitə sədri APA-ya bildirib ki, hazırda müəssisədə 700-ə yaxın məhkum saxlanılır və orada təmir işləri görülür. E. Behbudov müəssisədə saxlanılan “Xalq nəzarəti” qəzetinin müxbiri Elçin Əsədullayev, “Kriminal” qəzetinin baş redaktoru Maarif Abbasov və kriminal aləmdə “Masallı Mamed” kimi tanınan Məmməd Hüseynovla görüşdüyünü deyib. Komitə sədri məhkumların saxlanma şəraitindən narazı olmadıqlarını bildirib. Onun sözlərinə görə, M. Hüseynov ağır şəkər xəstəliyindən əziyyət çəkdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR