Bank Of Baku

AMEA-nın Fizika İnstitutunda Kaliforniya İnstitutu ilə birgə laboratoriya yaradılıb

AMEA-nın Fizika İnstitutunda Kaliforniya İnstitutu ilə birgə laboratoriya yaradılıb
# 16 iyul 2008 11:35 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda ABŞ-ın Kaliforniya İnstitutu ilə birgə “Biopolimerlərin spektroskopiyası” laboratoriyası yaradılıb. İnstitutun elmi katibliyindən APA-ya verilən məlumata görə, 1996-cı ildən Kaliforniya İnstitutunda dərs deyən professor Oqtay Qasımov laboratoriya müdiri təyin olunub. Bu ilin sentyabrında fəaliyyətə başlayacaq laboratoriyada müasir avadanlıqlar quraşdırılacaq və iki ölkənin alimləri biofizikaya dair birgə tədqiqatlar aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR