Bank Of Baku

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 357 layihə təqdim olunub

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 357 layihə təqdim olunub
# 16 iyul 2008 12:19 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə 357 layihə təqdim olunub. Bu barədə APA-ya açıqlamasında şurasının üzvü Əliməmməd Nuriyev bildirib. Şura üzvü artıq layihələrin təqdim olunması prosesinin başa çatdığını deyib. Onun sözlərinə görə, 15 istiqamət üzrə elan olunan müsabiqəyə daha çox insan hüquq və azadlıqlarının qorunması, seçki vərdişlərinin inkişaf etdirilməsi, vətənpərvərlik ideyalarının təbliği, əsir və girov düşmüş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı layihələr təqdim olunub. Hazırda layihələrin ekspertizadan keçirildiyini deyən Ə. Nuriyev avqustdan gec olmayaraq müsabiqədə qalib gələn layihələrə maliyyənin ayrılacağını söyləyib. Şura üzvü hər bir layihə üzrə ayrılacaq məbləğin 20 min manatdan artıq olmayacağını bildirib. Qeyd edək ki, 2008-ci ilin dövlət büdcəsindən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 1,5 milyon manat vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR