Bank Of Baku

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası inzibati bina üçün üç yer təklif olunub

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası inzibati bina üçün üç yer təklif olunub
# 16 iyul 2008 12:46 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üç yerdə inzibati bina təklif edib. Bu barədə APA-ya açıqlamasında sözügedən Şuranın üzvü Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, təmsil olunduğu quruma Nərimanov rayon təhsil şöbəsinin keçmiş binası, Bayıl qəsəbəsində yerləşən Gəmi təmiri zavodunun inzibati binasının bir mərtəbəsi və “8-ci kilometr” qəsəbəsində dövlət mülkiyyətində olan və uzun müddətdən bəri istifadəsiz qalan binalardan hər hansı birini seçmək təklif olunub: “Biz bu binalara baxış keçirəndə məlum oldu ki, onların hər birinin əhəmiyyətli dərəcədə təmirə ehtiyacı var. Bunun üçün isə ən azı altı-yeddi ay vaxt lazımdır. Biz daha uyğun bir yer seçməyə çalışırıq. Düşünürəm ki, prezident yanında fəaliyyət göstərən bir quruma normal iş şəraiti yaradılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR