Bank Of Baku

Azərbaycanda hər 100 nəfərdən yalnız 5-i internet istifadəçisidir

Azərbaycanda hər 100 nəfərdən yalnız 5-i internet istifadəçisidir
# 16 iyul 2008 13:04 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) təşkilatı internet istifadəçilərinin sayına görə dünya ölkələrinin reytinqini açıqlayıb. 198 ölkəni əhatə edən araşdırma nəticəsində hər ölkədə 100 nəfərdən neçəsinin internet istifadəçisi olduğu hesablanıb. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan APA-ya bildirildiyinə görə, birinci yeri Yeni Zelandiya tutub. Bu ölkədə hər 100 nəfərdən orta hesabla 79,3 nəfəri internet istifadəçisidir. İkinci yeridə İslandiyanın olduğu siyahıda Azərbaycan 120-ci yerdədir. BTİ-nin araşdırmasına görə, Azərbaycanda hər 100 nəfərdən 5,16 nəfəri internet istifadəçisidir. Ermənistan isə 124-cü yerdədir (hər 100 nəfərə 5,03 istifadəçi). Axırıncı yeri Tacikistan tutur. Bu ölkədə hər 100 nəfərdən yalnız 0,007-si internetdən istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR