Bank Of Baku

Ali məktəblərin II ixtisas qrupu üzrə keçirilən test imtahanlarının nəticələri açıqlanıb

Ali məktəblərin II ixtisas qrupu üzrə keçirilən test imtahanlarının nəticələri açıqlanıb
# 16 iyul 2008 15:09 (UTC +04:00)
İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri qaydalarını pozduğuna görə imtahandan xaric olunub. Abituriyentlər bu qrup üzrə 7.496 yer uğrunda mübarizə aparıb və ixtisas seçiminə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılıb. Test imtahanının nəticəsinə görə, 7.701 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Bunların 6.333 nəfəri Azərbaycan, 1.368 nəfəri isə rus bölməsinin payına düşüb. Azərbaycan bölməsində 122, rus bölməsində isə 10 abituriyent 650-700 bal intervalında nəticə göstərib. TQDK-dan o da bildirilib ki, test imtahanlarının nəticəsi əsasında ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. Qeyd edək ki, imtahanda iştirak etmək üçün ərizə ilə müraciət edənlərin 18.736 Azərbaycan, 3.105-i isə rus bölmələrinin şagirdləridir. Ümumilikdə isə bu ixtisas qrupu üzrə imtahana qatılan abituriyentlərdən 15.016 nəfəri oğlan, 6.825 nəfərini isə qız olub. Abituriyentlərdən ən kiçiyi 16, ən yaşlısı isə 52 yaşındadır, bu il keçirilən imtahanlara 174 nəfər əcnəbi abituriyent qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR