Bank Of Baku

Göygöl Dövlət Təbiət Qoruğunun direktoru vəzifəsindən azad edilib

Göygöl Dövlət Təbiət Qoruğunun direktoru vəzifəsindən azad edilib
# 16 iyul 2008 15:56 (UTC +04:00)
Göygöl. Nəzakət Məşədiəliqızı-APA. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun sərəncamı ilə Göygöl Dövlət Təbiət Qoruğunun direktoru Bilal Verdiyev tutduğu vəzifədən azad edilib. Bu barədə APA-nın Qərb bürosuna açıqlama verən Bilal Verdiyev vəzifədən azad olunmasının Göygöl Dövlət Təbiət Qoruğuna Milli Park statusunun verilməsi ilə əlaqədar olduğunu bildirib. Onun sözlərinə görə, status dəyişikliyi ilə əlaqədar qoruğun bütün işçiləri avtomatik olaraq tutduqları vəzifədən azad ediliblər. Qeyd edək ki, Bilal Verdiyev Göygöl Dövlət Təbiət Qoruğuna 2003-ci ildən rəhbərlik edir. Hazırda onun vəzifəsinin icrası müvəqqəti olaraq Eldar şamı Dövlət Təbiət Qoruğunun direktoru Xəqani Əhmədova həvalə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR