Bank Of Baku

Dövlət Sərhəd Xidmətinin Akademiyasına II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib

Dövlət Sərhəd Xidmətinin Akademiyasına II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib
# 16 iyul 2008 16:26 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Dövlət Sərhəd Xidmətinin Akademiyasına II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, müsabiqəyə riyaziyyat fənni üzrə müsbət nəticə göstərən və ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılıblar. Müsabiqə nəticəsində qəbul olunmuş tələbələrin siyahısı Dövlət Sərhəd Xidmətinə göndərilib. Adı çəkilən ali məktəbə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr 17 22 iyul 2008-ci il müddətində Dövlət Sərhəd Xidmətinə müraciət edərək qeydiyyatdan keçməlidir. Müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR