Bank Of Baku

Naxçıvanda mərkəzi avtovağzal yenidən qurulur

Naxçıvanda mərkəzi avtovağzal yenidən qurulur
# 17 iyul 2008 08:09 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu APA. Naxçıvan şəhərində yerləşən mərkəzi avtovağzal binası yenidən qurulur.
APA-nın Naxçıvan bürosunun məlumatına görə, buna səbəb binanın istismar müddətinin bitməsidir. Binanın yeni layihəsini hazırlayan “Gəmiqaya” MMC tikinti şirkətindən bildiriblər ki, 3 korpusdan ibarət binanın interyerində əsaslı dəyişikliklər olacaq. Dörd mərtəbədən ibarət korpusda 24 otaqlı mehmanxana yaradılacaq. Digər ikimərtəbəli korpuslarda isə bilet satışı şöbələri, ana və uşaqlar üçün istirahət otaqları yerləşəcək, restoran, 8 mağaza və digər xidmət sahələri yaradılacaq. Avtovağzal binasının bu ilin sonlarına qədər istifadəyə verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR