Bank Of Baku

“Azadlıq” qəzetinin əməkdaşının iddası təmin edilməyib

“Azadlıq” qəzetinin əməkdaşının iddası təmin edilməyib
# 17 iyul 2008 08:24 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Nəsimi rayon məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin “Zeytun bağı” adlanan ərazidə döyülməsi faktı üzrə başlanmış cinayət işinə xitam verilməsinin qeyri-qanuni hesab edilməsi ilə bağlı iddiasına baxılıb. Bu barədə APA-ya A. Xəlilin vəkili Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, məhkəmə iddianı təmin etməyib. Qeyd edək ki, A. Xəlilin bu il fevralın 22-də “Zeytun bağı” adlanan ərazidə döyülməsi ilə bağlı başlanmış cinayət işinə Baş Prokurorluq xitam verib. Bunun qeyri-qanuni olduğunu iddia edən A. Xəlil cinayət işinin yenidən başlanmasını tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR