Bank Of Baku

Lənkəranın dağ kəndlərinə yol çəkilir

Lənkəranın dağ kəndlərinə yol çəkilir
# 17 iyul 2008 11:38 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Lənkəran rayonunun dağlıq Günəhir və Köhnəgəgir kəndlərinə yeni yolun çəkilişinə başlanılıb.
Şəhər İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsindən APA-nın cənub bürosuna bildirilib ki, 30 kilometrlik uzunluğu olan yol istismara verildikdən sonra Lənkəranın və Masallının 30-dək dağ kəndinin sakinlərinin rahatlığı təmin olunacaq. Obyektin tikintisinə 20-yə yaxın ağır texnika və maşın-mexanizm cəlb olunub. Yolun sağ və sol tərəfində payız-qış aylarında dağ sularının çaya axması üçün suötürücü kollektorlar quraşdırılır. Üç yerdə isə metal konstruksiyalı körpü salınacaq. Yeni yolun avqustun ortalarında istifadəyə verilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR