Bank Of Baku

Ucarın elektrik enerjisi ilə təminatında fasilələr yaranıb

Ucarın elektrik enerjisi ilə təminatında fasilələr yaranıb
# 17 iyul 2008 12:43 (UTC +04:00)
Ucar. Zahid Abışov-APA. Ucar rayonunun elektrik enerjisi ilə təchizatında fasilələr yaranıb. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, artıq neçə gündür ki, rayon mərkəzi və kəndlərə gündüz saatlarında elektrik enerjisi verilmir. Ucar paylayıcı elektrik şəbəkəsinin rəisi Faiq Hacıyev APA-ya bildirib ki, son günlər havaların isti keçməsi nəticəsində elektrik enerjisinə tələbat artıb. Onun sözlərinə görə, əhali müxtəlif soyuducu vasitələrdən istifadə etdiyinə görə gərginlik transformatorları həddən artıq yüklənir: “Nəticədə rayon ərazisində 6 transformator sıradan çıxıb. “Azərenerji” QSC-nin Kürdəmirdə yerləşən regional baş idarəsinin göstərişi ilə gün ərzində istehlakçıların elektrik enerjisi ilə təchizatında saat yarımlıq fasilə veririk. Amma dünəndən etibarən rayona fasiləsiz elektrik enerjisinin verilməsi bərpa olunub”. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, rayonun elektrik enerjisi ilə təchizatında fasilə hələ də aradan qalxmayıb və hazırda Ucarın bir çox kəndlərinə gündüz saatlarında elektrik enerjisi verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR