Sabiqlərdən nə xəbər?
Sabiq məmurlar
Bu sıyahı çox uzundur. Sabiq baş nazir Rəhim Hüseynov, baş nazirin birinci müavini Abbas Abbasov, daxili işlər nazirləri Abdulla Allahverdiyev və Vaqif Novruzov, daxili işlər nazirinin müavini Zahid Dunyamalıyev, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Cavadağa Sultanov, Dövlət Əmlak Komitəsi sədri Nadir Nəsibov, Dövlət Əmlak Komitəsi sədri müavini Barat Nuriyev, maliyyə naziri Əvəz Ələkbərov, “Azərenerji” ASC sədri Müslüm İmanov, rabitə naziri Nadir Əhmədov, baş prokuror Murad Babayev, rabitə naziri Sirus Abasbəyli, Bakı meri Rafael Allahverdiyev, təhsil naziri Firudin Cəlilov, maliyyə naziri Fikrət Yusifov, Prezident Aparatı işlər idarəsinin müdiri Akif Muradverdiyev, dövlət müşaviri Vəfa Quluzadə, müdafiə naziri Dadaş Rzayev, baş nazir Sürət Hüseynov, ədliyyə nazirinin müavini Aydın Qasımov, baş nazirin müavini İzzət Rüstəmov, “Azərikimya” Dövlət Şirkətinin prezidenti Fikrət Sadıqov, spiker Yaqub Məmmədov, mətbuat və informasiya naziri Sirus Təbrizli, Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyev, Hesablama Palatasının sədri Namiq Nəsrullayev, “Azəravtonəqliyyat” Dövlət Şirkətinin sədri Hüseyn Hüseynov, AZAL-ın sabiq prezidenti Ədalət Əliyev... Hamısının da adının qarşısında sabiq ifadəsi
“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətin sədri işləmiş Müslim İmanov hazırda təqaüdə olduğunu bildirib. Sabiq cəmiyyət sədri vaxtının bir hissəsini mütaliə və televizora baxmaqla keçirdiyini deyib: “Dost-tanış və qohumlarıma da vaxt həsr edirəm. Mən öz həyatımdan və dolanışığımdan razıyam”.
Vaxtilə Rabitə və İnformasiya Texnologiyaları naziri işləmiş Nadir Əhmədov da APA-ya təqaüddə olduğunu bildirib. Keçmiş nazir 67 yaşının olduğunu və əsas vaxtını nəvələrinin, yaxınlarının əhatəsində keçirdiyini deyib: “Ümumiyyətlə, özümü pis hiss eləmirəm”. N.Əhmədov vaxtı ilə çalışdığı sahədə baş verən prosesləri izlədiyini də gizlətməyib: “Bu sahədə çalışanların fəaliyyəti haqqında nəsə deməyim düz çıxmaz. Yaxşı işləyirlər. Ancaq bir qədər də çox işləmək olar”.
Sabiq maliyyə naziri Əvəz Ələkbərov da indi sakit günlər keçirir. O, vaxtını elmlə məşğul olmağa sərf edir.
Ömrünü diplomatiyaya həsr edən və uzun müddət Azərbaycan prezidentinin müşaviri işləmiş Vəfa Quluzadə özünü başqa sabiqlərin sırasına qatmadığını bildirib: “Sizin dediyiniz sabiqlər könüllü vəzifədən getməyiblər, mən isə ərizə yazıb çıxmışam. Vəzifədə olmağım xalqımla danışmağıma mane olurdu”. V.Quluzadə diplomat kimi indi də bekar dayanmadığını deyib: “Demək olar ki, hər gün qəzet səhifələrində, radio stansiyalarında çıxışlarım olur. Mən bütün varlığımla Qarabağ problemi ilə məşğulam. Əlimdə silah olsaydı, bu problemin həlli ilə başqa cür məşğul olardım, lakin mən diplomatam...”
Deputat sabiqlər
Çox vaxt Milli Məclisdə oxşar sifətlərin görünməsindən şikayətlənənlər olur. Amma bir az diqqətlə baxanda millət vəkilləri arasında da sabiqlər yetərincədir: Əsmətxanım Məmmədova, Zahid Qaralov, Səttar Səfərov, Şahlar Əsgərov, Əli Əlirzayev, Şaittin Əliyev, Zəlimxan Yaqub, Afət Xanbabayeva, Kərim Kərimli, Asya Manafova, Anar...
15 il ərzində Milli Məclisin deputatı olmuş Şaittin Əliyev hazırda işsiz olduğunu və belə yaşamağın çətinliyi haqda danışıb. O, “Deputatın statusu haqqında” qanunda dəyişiklik edilməsinin zəruriliyini bildirib: “Sabiq deputatlara şərait yaradılmalıdır. Dünyanın bir çox ölkələrində sabiq deputatların statusu saxlanılır. 125 nəfərdən hesablayanda 50 il ərzində deputatların sayı cəmi 6 min nəfər edir. Onların bir hissəsi dünyasını dəyişir. Yəni cəmi bir neçə min sabiq deputata baxmaq o qədər də çətin olmamalıdır”.
Ş. Əliyev Milli Məclisin bu yaxınlarda qeyd olunan 90 illik yubileyinə sabiq deputatlardan heç kimin çağırılmamasından gileylənib. O, yaranmış vəziyyətə görə parlament rəhbərliyini ittiham edib: “Bizi nəinki o tədbirə dəvət etmədilər, heç zəng edib bir kəlmə söz deyən belə olmadı. Bu adamlar sabah özləri də sabiq ola bilərlər. Nəyə görə bizim kimi təcrübəli insanlar komissiyalara dəvət olunmasınlar? Axı Milli Məclisin işinin qurulmasında bu insanlar yaxından iştirak edə bilərlər”.
İki çağırış Milli Məclisin deputatı olmuş xalq şairi Zəlimxan Yaqub isə sabiq adlandırılması ilə razılaşmayıb: “Mən sabiq deputat deyiləm. Mən keçmişin, indinin və gələcəyin deputatıyam. Ruhun, əqidənin, etiqadın vəkiliyəm. Heç vaxt özümü həmin siyahıya aid edə bilmərəm”.
Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının sədr müavini olmuş Əli Əlirzayev elmlə məşğul olduğunu, iqtisadçı alim kimi aspirantlar hazırladığını deyib: “Elə bir ciddi problemim yoxdur. Məni əsəbiləşdirən yeganə şey sabiqlərin əvvəlki kimi yaxşı qəbul olunmamasıdır. Amma bu cəmiyyətin yuxarı təbəqəsində belədir”
Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov hazırda ömrünün ən yaxşı dövrünü yaşadığını deyib. Ş. Əsgərov da keçmiş həmkarı, Ə. Əlirzayev kimi elmlə məşğul olduğunu, “Düşüncə tərzi” adlı yeni kitab yazaraq çap etdirdiyini deyib: “Məncə dairədən kənarda olanda da cəmiyyət üçün nəsə etmək mümkündür”.
Siyasətin sabiqləri
Bu siyahıda İsgəndər Həmidov, Rəhim Qazıyev, Vidadi Mahmudlu, İlham İsmayıl, Arif Paşa, Nazim İmanov, Məhəmməd İmanlı, Adil Minbaşı, Vaqif Hüseynov... və daha çoxları var.
Mərkəzi Seçki Komissiyasının üzvü və katibi olmuş Vidadi Mahmudlu vaxtı ilə işlədiyi vəzifədə prinsipial mövqe nümayiş etdirdiyini deyib: “Mərkəzi Seçki Komissiyasının üzvü və katibi olduğum dövrdə 12 seçkidə iştirak etmişəm. Bu seçkilərin hər birində obyektivlik göstərmişəm. İndi öz peşə fəaliyyətimlə məşğulam. Demək olar ki, bütün vaxtımı vəkilliyə həsr edirəm və bundan məmnunam”.
İlham İsmayıl isə iki ildir ki, aktiv siyasətdən kənarda olduğunu, sərbəstlik əldə etdiyini bildirib. O, özünü belə daha yaxşı hiss etdiyini deyib: “İndi hakimiyyət uğrunda mübarizə aparmıram. Hiss edirəm ki, belə daha yaxşıdır. Müstəqil qərarlar qəbul edirəm. Ancaq bu cəmiyyətdə rahat olmaq mümkün deyil”.
Medianın sabiqləri
Bu siyahı da yavaş-yavaş uzanır. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu, “Bu gün” nəşrlər qrupunun sahibi və baş redaktoru Nəsib İsmayılov, “Panorama” qəzetinin baş redaktoru Araz Zeynalov, “Azadlıq” qəzetinin baş redaktoru Gündüz Tahirli, “Space” Xəbər Departamentinin müdiri Fuad Babayev, “Space”in prezidenti Etibar Babayev, “Press-Fakt” qəzetinin baş redaktoru Məqsəd Nur, məşhur yazar Zöhrab Əmirxanlı... Hamısı da sabiq. Onların bir neçəsinin qəzetləri də artıq tarixdədir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru olmuş Alqış Həsənoğlu hazırda işləmədiyini deyib. Keçmiş baş redaktor sabiq kimi özünü çox yaxşı hiss etdiyini də vurğulayıb: “İstirahətdə olsam da, mətbuatı izləyirəm”.
“Bu gün” qəzetinin baş redaktoru olmuş Nəsib İsmayılov isə yenidən mətbuata qayıtmaq üzrə olduğunu deyib. Sabiq baş redaktor yaxın günlərdə “Qazetta.az” adlı internet portalı ilə mediaya qayıdacağını söyləyib.
Mədəniyyətin sabiqləri
Bu siyahıda bizim xatirimizə o qədər çox adam düşməsə də, adı olanlar vaxtilə çox məşhur olublar. Şəfiqə Məmmədova, Rövşən Behcəti, Natəvan Şeyxova, Akif İslamzadə, Elxan Şirinov, Ofelya Aslan, Sahibə Əhmədova... Bir az keçsə, Samir Bağırov da bu siyahıda olacaq.
Akif İslamzadə səsini itirməsinə baxmayaraq, özünü çox yaxşı hiss etdiyini deyib: “Tanrının verdiyi dərdi də dərman kimi qəbul eləyirəm”.
Azərbaycanın ən gənc “xalq artist”lərindən olmuş Şəfiqə Məmmədova hazırda Azərbaycanda qadınların filmə çəkilməsi üçün güclü ssenarinin olmadığını deyib: “Əgər belə bir ssenari olarsa, yenidən filmə çəkilərəm. Taleyimdən şikayətlənmirəm, amma mənimki də belə oldu də... Sənətdən getməyim böyük bir sirdir, hələ onu açan olmayıb”.
Sosial
XİN-ə diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərlə bağlı xəbərdarlıq edib
Vens: İranla danışıqlar nüvə proqramını da əhatə edəcək
Xəbər Lenti
DÇ-2026: Uruqvay-Kabo-Verde qarşılaşmasında qalib müəyyənləşməyib
Zelenski: Ukrayna Patriot raketlərini istehsal etməyə hazırdır
III Çarlz ödədiyi vergilərin məbləğini açıqlayan ilk Britaniya monarxı olacaq
Almaniya Əfqanıstana deportasiyaları sürətləndirir
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
Tusk: Polşa ilə Ukrayna arasında qarşıdurma strateji səhvdir
Qətərdə mayeləşdirilmiş təbii qaz zavodunda partlayış baş verib
Zelenski: Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək
Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
İsrail “İslami Cihad” və HAMAS-ın xüsusi təyinatlı üzvlərinin məhv edildiyini açıqlayıb
Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək
ABŞ İranın “Hizbullah”ı İsrailə hücumları dayandırmağa razı salmasını istəyir
Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətləri icraata qəbul edib
KİV: İran nümayəndə heyəti İsveçrədə ABŞ-la danışıqları davam etdirir - YENİLƏNİB
“Qarabağ” DÇ-2026-nın iştirakçısı olan qapıçını transfer edib
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib
İsrail ordusu Livanda döyüşlərin yenidən başlaya biləcəyini açıqlayıb
Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
Uolts: ABŞ İranın neft gəlirlərinin necə xərclənəcəyinə nəzarət etmək istəyir
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İsveçrədə ABŞ və İran arasında danışıqlar dayandırılıb - YENİLƏNİB-1
ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 İsrail vətəndaşı ölüb
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
ABŞ Prezidenti: Britaniyanın Baş naziri Kir Starmer istefa verəcək
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq, İranla ilk görüşdə ciddi irəliləyiş əldə olunub - YENİLƏNİB
XİN-ə diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
SOCAR: Dübəndi çimərliyinin neftlə çirklənməsinə sualtı kəmərin zədələnməsi səbəb olub
İran XİN: ABŞ-la yekun saziş üzrə danışıqlar beş bənd icra olunmadan başlamayacaq
Pezeşkian: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Pakistan Baş naziri və ordu komandanı İsveçrədə Venslə görüşüb
Bərpa işləriylə əlaqədar Bakıda suyun verilməsində 2-3 saatlıq azalmalar tətbiq olunur
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərlə bağlı xəbərdarlıq edib
Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib
İranın Birinci vitse-prezidenti: Hörmüz boğazı bizə məxsusdur - VİDEO
Sabah yağış yağacaq
Niger Məsləhət Şurasının sədri Azərbaycana səfərə gəlib
Azərbaycana yay fəsli daxil olub
İsveçrədə İran və ABŞ arasında danışıqların proqramı məlum olub
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
İordaniya Kralı Azərbaycana səfərə dəvət edilib
Prezident İordaniya Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib - FOTO
Bakıda kilsədə Argentinanın Milli Gününə həsr olunmuş “Te Deum” mərasimi keçirilib - VİDEO
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb - YENİLƏNİB
Kerç bərə keçidində daşımalar dayandırılıb
İsrail Ordusu Suriyanın cənubunda irəliləyir