Bank Of Baku

Qorxmaz İbrahimli Demokratik Seçki Mərkəzinin sədri seçilib

Qorxmaz İbrahimli Demokratik Seçki Mərkəzinin sədri seçilib
# 18 iyul 2008 10:24 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Qorxmaz İbrahimli Demokratik Seçki Mərkəzinin (DSM) sədri seçilib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə bu gün keçirilən mətbuat konfransında DSM-in əvvəlki sədri, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yeni prezidenti Rauf Zeyni məlumat verib. O, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun seçkilərlə bağlı xüsusi proqramı olduğunu açıqlayıb. Hazırda forumun 479 üzvünün olduğunu və daha üç təşkilatın üzvlük üçün müraciət etdiyini deyən MQHTF prezidenti seçkilərlə bağlı monitorinq keçirmək imkanı olan istənilən təşkilatın bu prosesdə iştirak edə biləcəyini söyləyib. Daha sonra çıxış edən DSM sədri Qorxmaz İbrahimli deyib ki, qarşıda gələn prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün üzərinə düşən missiyadan istifadə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR