Bank Of Baku

İyulun 20-də ali məktəblərin IV ixtisas qrupuna qəbulla bağlı test imtahanı keçiriləcək

İyulun 20-də ali məktəblərin IV ixtisas qrupuna qəbulla bağlı test imtahanı keçiriləcək
# 18 iyul 2008 11:40 (UTC +04:00)
APA-nın məlumatına görə, M. Abbaszadə bildirib ki, imtahanlarda iştirak etmək üçün dövlət komissiyasına 17.164 abituriyentin sənədi daxil olub. Onlardan 6.898-i oğlan, 10.266-sı isə qızlardır. Cəmşid Naxçıvanski adına Hərbi Liseyə (Bakı şəhəri), Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) və orta hərbi tibb məktəbinə sənəd verən abituriyentlərin sayı isə 2.245 nəfərdir. İmtahanda iştirak etmək istəyənlərin 15.410 nəfəri Azərbaycan, 1.754 nəfəri isə rus bölmələrinin məzunlarıdır. Bu ixtisas qrupu üzrə imtahana qatılacaq abituriyentlərdən 6.898 nəfəri kişi, 10.266-ı isə qadındır. M. Abbaszadə deyib ki, imtahanların keçirilməsi üçün Bakıda 27, Naxçıvanda isə 3 bina ayrılıb. Abituriyentlərdən ən kiçiyinin 15, ən yaşlısının isə 50 yaşı var. Bu qrup üzrə qəbul yerinin 3.459 olduğunu söyləyən M. Abbaszadə bildirib ki, təhsil almaq istəyənlərin 131 nəfəri xarici ölkə vətəndaşıdır: “Bakıda 15.892, Naxçıvanda isə 1272 abituriyent imtahan verəcək. İmtahanlara nəzarət etmək üçün isə Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən cəlb olunan 1383 nəzarətçi-müəllim və 122 imtahan rəhbəri iştirak edəcək”. M. Abbaszadənin sözlərinə görə, TQDK tərəfindən yaradılan Apelyasiya Komissiyası iyulun 21-22-dən başlayaraq IV qrup üzrə qəbul imtahanında istifadə edilən test tapşırıqlarının məzmunu və gedişi ilə əlaqədar müraciətlərə baxılması üçün yazılı ərizələr qəbul edəcək. IV qrupun imtahanların cavabları isə iyulun 22-23-də TQDK-nın internet saytında yerləşdiriləcək: “İmtahanlar bitəndən sonra ixtisas seçimi başlayacaq. İyulun 25-dən avqustun 5-ə qədər bütün qrupları üzrə ixtisas seçimi üçün ərizələr qəbul olunacaq”. O, bu məsələdə abituriyentlərin istəklərinə müdaxilə edilməməsini də tövsiyyə edib. Qanun pozuntularına toxunan TQDK sədri deyib ki, I və II qrup üzrə aşkarlanan 31 qanun pozuntusu üzrə araşdırma aparılır: “Köçürülmə aşkarlanan imtahan cavabları da ləğv olunacaq”. M. Abbaszadə II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanları haqda da danışıb. O deyib ki, bu qrupda regionlarda fəaliyyət göstərən ali məktəblərə üstünlük verilib: “Bu qrup üzrə 400 nəfər arasında müsabiqə olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR