Bank Of Baku

Hicran Hüseynova: “Uşaqların yay tətilinin səmərəli təşkili çox aktual məsələdir”

Hicran Hüseynova: “Uşaqların yay tətilinin səmərəli təşkili çox aktual məsələdir”
# 18 iyul 2008 10:38 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Uşaqların yay tətilinin səmərəli təşkili çox aktual məsələdir və bununla bağlı valideynlərdən çoxlu müraciətlər daxil olur. Amma sovet dövründən sonra uşaqların yay tətilini hansı qurumun tənzimləməli olduğu müəyyənləşdirilməyib”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O, müəyyən qurumlarla, o cümlədən Gənclər və İdman Nazirliyi ilə bu istiqamətdə birgə tədbirlər keçirildiyini bildirib: “Biz bir neçə bölgədə uşaqların istirahətini təşkil edirik. Amma gələcəkdə bu işlərin konkret bir qurum tərəfindən təşkil olunması nəzərdə tutulur. Yəqin ki, prezidentin sərəncamı ilə bu vacib məsələ - müxtəlif bölgələrdə uşaq istirahət guşələrinin təşkili konkret quruma həvalə ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR