Bank Of Baku

Məleykə Abbaszadə: “Qeyri-leqal tələbə qəbulu təkcə Azərbaycan Beynəlxalq Universitetində baş verməyib”

Məleykə Abbaszadə: “Qeyri-leqal tələbə qəbulu təkcə Azərbaycan Beynəlxalq Universitetində baş verməyib”
# 18 iyul 2008 10:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. “Övladlarını qeyri-leqal şəkildə özəl ali məktəblərə qəbul etdirmək istəyən valideynlər özlərini aldadırlar. Bundan sonra valideynlər tələbənin hansı hüququndan danışa bilərlər”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, qeyri-leqal tələbə qəbulu prosesi təkcə Azərbaycan Beynəlxalq Universitetində (ABU) baş verməyib: “Bu il də ABU-ya qəbul yerləri ayırıb və bu siyahı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Təəccüb doğuran odur ki, bu məsələdə yalnız ABU-nun adı çəkilir. Digər özəl təhsil müəssisələrdə də belə hallar baş verir. Bunların adlarını çoxları bilir, amma çəkmirlər. Biz əvvəllər də demişdik ki, dövlət qəbulundan kənar tələbə olmaq istəyən və hətta dörd il ali məktəblərə gedib-gələnlər var”. Onun sözlərinə görə, dövlət qəbulundan kənar ali məktəblərə daxil olan və sonradan bu və ya digər problemlə qarşılaşan şəxslərə görə, dövlət məsuliyyət daşımır: “Əgər hansısa özəl universitetin lisenziyası alınarsa, o zaman dövlət qəbulu ilə tələbə adını qazananların taleyinə dövlət cavabdeh olacaq. Amma qəbuldan kənar adlarını yazdırıb oxuyan tələbələrin taleyinə dövlət cavabdeh deyil. Valideynlər bu məsələlərə diqqət yetirməlidirlər və bilərəkdən qanunu pozmamalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR