Bank Of Baku

“Azərbaycanda Dövlət Qadın Siyasətinin həyata keçirilməsi ” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanda Dövlət Qadın Siyasətinin həyata keçirilməsi ” mövzusunda dəyirmi masa keçirilib
# 18 iyul 2008 10:52 (UTC +04:00)
Bakı.Laura Cəbrayıllı-APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Prezidentinin Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycanda Dövlət Qadın Siyasətinin həyata keçirilməsi ” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışan qadınlar iştirak edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Prezidentin İcra Aparatının sektor müdiri Ramiq Həşimov, Prezident yanında QHT-ə Dəstək Şurasında komissiya rəhbəri Rəna Mirzəzadənin çıxışlarında qadınların tərbiyəçi və cəmiyyətə örnək olması vurğulanıb. Tədbirdə ölkədə qadın siyasətinin həyata keçirilməsi və bu istiqamətdə aparılan işlər, problemlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR