Bank Of Baku

Azad Rəhimov: “Gənclər şəhərciyi tikmək ideyası tikinti şirkətlərini maraqlandırmır”

Azad Rəhimov: “Gənclər şəhərciyi tikmək ideyası tikinti şirkətlərini maraqlandırmır”
# 18 iyul 2008 10:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. “Gənclər şəhərciyinin tikilməsi ilə bağlı təklifimizə heç bir müsbət cavab verilməyib. Bu ideya tikinti şirkətlərini maraqlandırmır”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, gənclər şəhərciyinin tikintisi məqsədi ilə Bakı meriyası tərəfindən Hövsan qəsəbəsində 3 hektar torpaq sahəsi ayrılsa da, bu iş ölü nöqtədən tərpənmir. A. Rəhimov bildirib ki, gənclər şəhərciyini tikmək üçün nazirliyin vəsaiti yoxdur: “Amma biz nazirlik olaraq hər hansı kommunal problemlərin həll olunması üçün dəstək verə bilərik”. A. Rəhimov, həmçinin gənclərin işsizlik problemlərinin həll olunması məsələsinə də toxunub. Onun sözlərinə görə, regionlarda dəfələrlə iş yarmarkaları keçirilib, lakin gənclərin bilik və bacarıq səviyyəsi iş axtaran şirkətləri yetərincə qane etməyib: “Gənclər öz üzərlərində işləməli, kompüteri bilməli və xarici dil öyrənməlidir”. Gənclərin qarşıdan gələn prezident seçkisində fəal iştirak etmələri üçün müvafiq tədbirlər görüldüyünü deyən A. Rəhimov bu istiqamətdə Mərkəzi Seçki Komissiyası ilə birlikdə müəyyən layihələr üzərində işlədiklərini bildirib: “Bu seçkilərdə ilk səs verən gənclərə hədiyyələr təqdim olunacaq. Bundan başqa, gənclərin seçkidə fəal iştirakı üçün şüarlar hazırlanır”. A. Rəhimov gənclərin narkomaniya kimi pis vərdişlərindən uzaq olması üçün lazımi tədbirlərin görüldüyünü, nazirliyin bu məsələni xüsusi diqqətdə saxladığını da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR