Bank Of Baku

ABŞ-ın Azərbaycandakı səfirliyi Əlyazmalar İnstitutuna qrant ayırıb

ABŞ-ın Azərbaycandakı səfirliyi Əlyazmalar İnstitutuna qrant ayırıb
# 18 iyul 2008 13:38 (UTC +04:00)
Bakı APA. ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna 53 min 900 dollar qrant ayırıb. Səfirlikdən APA-ya verilən məlumata görə, qrant Azərbaycan və Türkiyə türkcəsi, özbək, fars, ərəb dillərində tibb, astronomiya, riyaziyyat, poeziya, fəlsəfə, hüquq, tarix, coğrafiya və hətta 15-ci əsrdə yazılmış nadir “Quran” kitabının lazımi şəraitdə qorunub saxlanılması məqsədilə ayrılıb. Layihə institutun köhnə istilik və soyuducu sistemini yeniləmək, əlyazmaların saxlanıldığı otaqlara, onların nümayiş zallarına yeni elektrik xəttinin çəkilməsinə və yanğından nəzarət sistemi ilə təchiz olunmasına kömək edəcək. Təmirdən sonra əlyazmalar ekranda ictimaiyyət üçün nümayiş olunacaq. Qrantın verilməsi ABŞ dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi, xanım Qoli Amerinin bu yaxınlarda Azərbaycana səfəri zamanı institutla tanış olmasından sonra reallaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR