Bank Of Baku

Tovuzda Qarabağ əlilləri və şəhid ailələrinin evsizlik problemi həll edilir

Tovuzda Qarabağ əlilləri və şəhid ailələrinin evsizlik problemi həll edilir
# 19 iyul 2008 08:55 (UTC +04:00)
Tovuz. Nəzakət Məşədiəliqızı-APA. Tovuz rayonunda Qarabağ əlilləri və şəhid ailələri üçün inşa olunan 3 mərtəbəli 24 mənzilli yaşayış binasında artıq son tamamlanma işləri aparılır. İş icraçısı Məhsim Kazımov APA-nın qərb bürosuna verdiyi məlumatına görə, tikintiyə 2007-ci ildə başlanılıb. İşin avqustun sonlarında yekunlaşması planlaşdırılır. Yeni yaşayış binasının inşasına təxminən 1 milyon manat xərclənib. Binada ilk növbədə yaşayış səviyyəsi daha pis olan ailələr məskunlaşdırılacaq. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tovuzda Qarabağ əlilləri və şəhid ailələri üçün 12 və 36 mənzilli yeni yaşayış mənzili tikilir.
Qeyd edək ki, Tovuz rayonunda 212 Qarabağ əlili və 358 şəhid ailəsi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR