Bank Of Baku

Azərbaycanın süni peykinin orbitə buraxılması ilə bağlı iki xarici şirkətin təklifləri bəyənilərək hökumətə təqdim olunub

Azərbaycanın süni peykinin orbitə buraxılması ilə bağlı iki xarici şirkətin təklifləri bəyənilərək hökumətə təqdim olunub
# 19 iyul 2008 09:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov APA. “Azərbaycanın süni peykinin orbitə buraxılması ilə bağlı iki şirkətin təklifləri bəyənilərək hökumətin müzakirəsinə təqdim olunub”. APA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O bildirib ki, avqust-sentyabr aylarında həmin şirkətlərlə müqavilələrin bağlanması nəzərdə tutulur: “Bu müqavilələr Azərbaycanın süni peykinin orbitə çıxarılması ilə yanaşı, ikinci peykin də yaxın illərdə orbitə buraxılmasını ehtiva edir. Hazırda ikinci peykin orbitə çıxarılması layihəsi üzərində müəyyən işlər aparılır”. Nazir müqavilə imzalanmadığından şirkətlərin adlarını açıqlamayıb. O, hər iki şirkətin bu sahədə böyük təcrübəsi olan aparıcı dövlətlərdən olduğunu söyləməklə kifayətlənib. Ə. Abbasov süni peyk layihəsində “Türksat”dan kömək aldıqlarını da əlavə edib. Belə ki, Türkiyə özünün orbitdəki 50-ci şərq mövqeyini uyğun şərtlərlə Azərbaycana icarəyə verib.
Qeyd edək ki, Azərbaycanın milli süni peykinin 2009-cu ilin sonu, 2010-cu ilin əvvəlində orbitə çıxarılması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR