Bank Of Baku

Ali məktəblərin IV ixtisas qrupuna keçirilən qəbul imtahanının nəticələri açıqlanıb

Ali məktəblərin IV ixtisas qrupuna keçirilən qəbul imtahanının nəticələri açıqlanıb
# 22 iyul 2008 12:33 (UTC +04:00)
TQDK-dan APA-ya verilən məlumata görə, IV ixtisas qrupu üzrə 17164 abituriyent imtahanda iştirak etmək üçün elektron ərizəsini təsdiq etdirib. İmtahanda 15873 abituriyent iştirak edib. 13 nəfər qaydaları pozduğuna görə imtahandan xaric olunub. IV ixtisas qrupu üzrə təqdim olunan plan yerlərinin ümumi sayı 3459-dur. (Azərbaycan bölməsində 2048, rus bölməsində 316, birgə müsabiqə aparılan ixtisaslar üzrə 1095). Test imtahanının nəticəsinə əsasən 4179 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb (Azərbaycan bölməsi üzrə 3628 nəfər, rus bölməsi üzrə 551 nəfər). Azərbaycan bölməsində 70, rus bölməsində isə 13 abituriyent 650-700 bal intervalında nəticə göstərib. IV ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. İxtisas seçimi iyulun 25-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Müsabiqəyə IV ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə bilərlər. Bunun üçün abituriyentlər iş nömrələrini 7727 nömrəsinə göndərməlidirlər. Hər bir abituriyent öz nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR