Bank Of Baku

Elçin Behbudov 6 saylı Cəzaçəkmə Müəssisəsində və Binəqədi Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında olub

Elçin Behbudov 6 saylı Cəzaçəkmə Müəssisəsində və Binəqədi Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında olub
# 22 iyul 2008 12:59 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 6 saylı Cəzaçəkmə Müəssisəsində olub. Komitə sədri APA-ya açıqlamasında müəssisədə saxlanılan Tərxan Elman oğlu Əhmədovla onun atasının xahişi əsasında görüşdüyünü bildirib. Xidmət etdiyi hərbi hissədə soyğunçuluqla məşğul olmaqda ittiham edilən T. Əhmədov törətdiyi əməldən peşman olduğunu deyib və azadlığa buraxılması üçün kömək istəyib. Bakı şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Eldəniz Lahıcovla da görüşdüyünü söyləyən hüquq müdafiəçisi onun xəstə olduğunu, ciddi həkim nəzarəti altında saxlanıldığını vurğulayıb. E. Behbudovun sözlərinə görə, eyni həbsxanada saxlanılan məhkum, işgəncələr nəticəsində ayağını itirmiş Həsən Nəbiyev bir qədər əvvəl Nizami rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb: “Mən vaxtilə Bakı şəhər Baş Polis İdarəsində Cavadağa Sultanovun tapşırığı ilə işgəncələrə məruz qalan bu şəxsin azadlığa çıxması ilə bağlı müvafiq orqanlara müraciət etmişdim”. Komitə sədri bu gün Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR