Bank Of Baku

Quba məzarlığında aşkar edilən insan kəllələrinin sayı 200-ü keçib

Quba məzarlığında aşkar edilən insan kəllələrinin sayı 200-ü keçib
# 22 iyul 2008 14:01 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. “Quba məzarlığındakı quyudan əsasən qadın və uşaq kəllələri üzə çıxarılır. Aşkar edilən son kəllələrdən biri 2-4, digəri isə 4-6 yaşında uşaqlara aiddir. Bu dəlillərdə qırışma və dəhşət də aydın görünür”. Bu sözləri APA-ya açıqlamasında ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. O, bu faktların yerli camaatın ifadələrini təsdiqlədiyini bildirib: “Kəllələrin üzərində aşkar edilən qəddarlıq əlamətləri onların soyqırım qurbanı olduqlarını təsdiqləyir. Əsasən qadın və uşaqlar hamamda, buxarda boğularaq öldürüldükdən sonra cəsədlər bu quyulara tökülüb”. Ekspedisiya rəhbəri tədqiqatın III mərhələsinin sürətlə aparıldığını və aşkar edilən insan kəllələrinin sayının 200-ü keçdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR