Bank Of Baku

İyulun 28-dək Azərbaycanda anomal isti hava şəraiti gözlənilir

İyulun 28-dək Azərbaycanda anomal isti hava şəraiti gözlənilir
# 22 iyul 2008 15:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov APA. İyulun 24-dən 28-dək Azərbaycanda anomal isti hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bu müddət ərzində temperaturların yüksəlməsi, maksimal hərarətin Bakı və Abşeronda 37-39 dərəcə, bəzi ərazilərdə 40 dərəcə, Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında isə 38-42 dərəcə təşkil edəcəyi proqnozlaşdırılır. Bakı və Abşeron yarımadasında zəif cənub, cənub-şərq küləyinin üstünlüyü, eyni zamanda bəzi saatlarda yüksək temperatur fonunda nisbi rütubətliliyin də normadan bir qədər yüksək olacağı əksər meteohəssas insanlar üçün əlverişsizdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR