Bank Of Baku

Ombudsman Zaqatala və Balakəndə ictimai dinləmələr keçirib

Ombudsman Zaqatala və Balakəndə ictimai dinləmələr keçirib
# 22 iyul 2008 15:46 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Ombudsman Elmira Süleymanova 2006-cı ildə qəbul edilmiş İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının Zaqatala və Balakən rayonlarında tətbiqinə dair vəziyyətin monitorinqi məqsədilə dinləmələr keçirib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Zaqatalada təşkil olunmuş ictimai dinləmələrdə rayon İcra Hakimiyyətinin, bələdiyyələrin, məhkəmə və hüquq-mühafizə orqanlarının, dairə seçki komissiyalarının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən E. Süleymanova 2008-ci ilin seçki ili olduğunu bildirərək qarşıdakı seçkilərin demokratik və şəffaf keçirilməsinin vacibliyini dilə gətirib. O, dairə seçki komissiyalarının üzvlərinə azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində tövsiyələr verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR