Bank Of Baku

Lütfi Zadə haqqında kitab Azərbaycan, rus və ingilis dillərində çap olunacaq

Lütfi Zadə haqqında kitab Azərbaycan, rus və ingilis dillərində çap olunacaq
# 22 iyul 2008 16:06 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. ABŞ-da yaşayan azərbaycanlı alim Lütfi Zadənin həyat və yaradıcılığından bəhs edən “Dünya dahilərsiz yaşaya bilmir” kitabı Azərbaycan, rus və ingilis dillərində çap olunacaq. Bu barədə APA-ya kitabın müəllifi, publisist Möhbəddin Səməd məlumat verib. O, kitabın ABŞ-da ingilis dilinə tərcümə olunacağını və nəşrlərin Bakıda işıq üzü görəcəyini deyib: “Kitab sentyabrda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Lütfi Zadənin yaxın dostu Rafiq Əliyevin ön sözü ilə nəşr olunacaq. Nəşrin rəssamı isə Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR