Bank Of Baku

Şərur rayonunda əmək yarmarkası keçirilib

Şərur rayonunda əmək yarmarkası keçirilib
# 23 iyul 2008 07:50 (UTC +04:00)
Naxçıvan. J Qurbanoğlu APA. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda əmək yarmarkası keçirilib.
Şərur rayon Məşğuluq Mərkəzinin direktoru Məmməd Məmmədovun APA-nın Naxçıvan bürosuna verdiyi məlumata görə, yarmarkaya rayon ərazisində fəaliyyət göstərən 11 dövlət və 13 özəl olmaqla, 24 müəssisə və təşkilatdan 269 boş iş yeri çıxarılıb. Yarmarkanın keçirildiyi gün 43 nəfər daimi iş üçün göndəriş alıb. Bundan əlavə, 16 nəfər peşə hazırlığı kurslarına cəlb edilib, 3 nəfər kvota yerinə göndərilib. İndiyədək Ordubad və Babək rayonlarında keçirilmiş yarmarkalarda 100-dən artıq işsiz vətəndaş əmək fəaliyyəti ilə təmin olunub. Belə yarmarkalar avqustun ilk ongünlüyünə qədər Muxtar Respublikanın bütün bölgələrini əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR