Bank Of Baku

Ombudsmanın nümayəndəsi deputat köməkçiləri üçün həyata keçirilən təlim-treninqdə çıxış edib

Ombudsmanın nümayəndəsi deputat köməkçiləri üçün həyata keçirilən təlim-treninqdə çıxış edib
# 23 iyul 2008 12:53 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Milli Məclis və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan Parlament Proqramı çərçivəsində deputat köməkçiləri üçün həyata keçirilən təlim proqramı çərçivəsində növbəti təlim-treninq Naxçıvanda keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dördgünlük təlimdə Milli Məclis Aparatının şöbə müdiri İ. Əbdüləzizov, Azərbaycan Parlament Proqramının rəhbəri P. Morqos, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ü. Bayramova və başqaları məruzə edib. Təlim-treninqdə Ombudsman Aparatının nümayəndəsi Z. Əliyev “Azərbaycanda Ombudsman təsisatı: hüquqi əsası və inkişafı” mövzusunda mühazirə oxuyub. O, təsisatın yaranması və inkişafı, ombudsman haqqında qanunun əsas müddəaları, Müvəkkilin fəaliyyətinin əsasları, insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi və baxılması qaydası, Müvəkkilin ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzələri, onun fəaliyyətinin təşkili və təminatları haqqında təlim iştirakçılarına ətraflı məlumat verib.
Z. Əliyev iştirakçıların Ombudsmanın fəaliyyəti ilə bağlı çoxsaylı suallarını cavablandırıb. Məlumata görə, bu təlimlərin əsas məqsədi deputat köməkçilərinin seçki dairələrində peşəkarlığının yüksəldilməsi, seçicilərlə işin daha səmərəli aparılmasının təmin edilməsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR