Bank Of Baku

Gələn il Moskva hökuməti əmək mühacirləri üçün 500 min nəfərlik kvota müəyyənləşdirəcək

Gələn il Moskva hökuməti əmək mühacirləri üçün 500 min nəfərlik kvota müəyyənləşdirəcək
# 23 iyul 2008 13:45 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün “Moskvada miqrasiya siyasətinin aktual məsələləri” mövzusunda Bakı-Moskva videokörpüsü keçirilib. APA-nın məlumatına görə, videokğrpüdə iştirak edən Moskva merinin müavini Valeri Vinoqradov jurnalistlərin suallarını cavablandırıb. Ötən il Moskva hökuməti əmək mühacirləri üçün 600 min yerlik kvota ayırıb və nəticədə cəmi 220 min əmək mühaciri qeydiyyata götürülüb. Bu il isə əmək mühacirləri üçün 300 min nəfərlik kvota müəyyənləşsə də, sonradan tələbatın artması səbəbilə kvotanın həcmi daha 59 min nəfər artırılıb. Valeri Vinoqradov tələbatın artması ilə əlaqədar sonuncu dəfə əmək mühacirləri üçün əlavə olaraq daha 240 min yer ayrıldığını bildirib. Onun sözlərinə görə, əmək mühaciri statusu almaq istəyən xarici ölkə vətəndaşlarının rus dilini bilməsi şərt kimi irəli sürülmür, lakin potensial mühacirlərin bu dili bilməsi arzuolunandır: “Gələn il Moskvada 500 mindən artıq əmək mühacirinə ehtiyac olacaq. Tikinti sektorunda 170 min, istehlak və xidmət bazarında 90 min, nəqliyyat sektorunda 20 min, mənzil-təsərrüfat təsərrüfatı sahəsində 10 min, sənaye sektorunda 8 min işçiyə tələbat var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR