Bank Of Baku

Şəkidə 15 hektar ərazidə yeni Nəbatat Bağı salınacaq

Şəkidə 15 hektar ərazidə yeni Nəbatat Bağı salınacaq
# 26 iyul 2008 09:58 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. Şəkidə yeni Nəbatat Bağı salınacaq. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elm Mərkəzindən məlumat verilib. AMEA Rəyasət Heyətinin qərarı ilə ölkənin şimal-qərb bölgəsində yerləşən Şəki Regional Elm Mərkəzində bir sıra dəyişiklik gözlənilir. Belə ki, mərkəzdə yeni geodinamika və tarix laboratoriyalarının istifadəyə verilməsi nəzərdə tutulub ki, bu laboratoriyalarda yer kürəsində baş verən proseslər ABŞ mütəxəssisləri ilə birgə öyrəniləcək. Bundan başqa, mərkəzdə həyata keçiriləcək layihələrdən ən önəmlisi isə təbiətin öyrənilməsi üçün nəzərdə tutulan yeni Nəbatat Bağının salınmasıdır. Yeni salınacaq bağ 15 hektar ərazini əhatə edəcək.
Qeyd edək ki, AMEA-nın Şəki Regional Elm Mərkəzi 1972-ci ildə yaradılıb. 1995-ci ildə isə mərkəzə müstəqil elmi müəssisə hüququ verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR