Bank Of Baku

Azərbaycan ərazisində müşahidə edilən anomal istilər avqustda təkrarlana bilər

Azərbaycan ərazisində müşahidə edilən anomal istilər avqustda təkrarlana bilər
# 28 iyul 2008 08:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Avqust ayının ilk günlərində Azərbaycan ərazisində kəskin isti hava şəraiti gözlənilmir. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, həmin müddətdə temperatur norma daxilində tərəddüd edərək 32-34 dərəcə təşkil edəcək. Bununla belə, ümumilikdə avqustda orta aylıq temperatur normadan 2-3 dərəcə yüksək olacaq. U. Tağıyeva deyib ki, avqust ayı ərzində isti günlər gözlənilir. Gələn ayın bəzi günlərində isə iyul ayının ötən günlərində müşahidə edilən hava şəraiti təkrarlana bilər. Həmin günlərdə Bakı və Abşeron yarımadasında temperaturun 40 dərəcəyə yaxın olacağı gözlənilir. Aran rayonları və Naxçıvan Muxtar Respublikasında isə temperaturun 42-43 dərəcə olacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR