Bank Of Baku

Bu gündən abituriyentlər üçün TQDK-nın apelyasiya komissiyaları fəaliyyətə başlayıb

Bu gündən abituriyentlər üçün TQDK-nın apelyasiya komissiyaları fəaliyyətə başlayıb
# 28 iyul 2008 08:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılmış Apelyasiya komissiyaları bu gündən fəaliyyətə başlayıb. Komissiyadan APA-ya verilən məlumata görə, komissiya avqustun 3-dək fəaliyyət göstərəcək. I ixtisas qrupu abituriyentləri Bakı Qızlar Universiteti, II qrup abituriyentləri “Azərbaycan” Universiteti (2-ci korpus), III qrup abituriyentləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, IV qrup abituriyentləri Nərimanov rayonu 36 saylı orta məktəb, rus bölməsinin abituriyentləri isə TQDK-nın binasında yaradılmış komissiyalara müraciət edə bilərlər. Abituriyentlər apelyasiya komissiyasına şəxsən müraciət etməlidir. Apelyasiyada onunla birlikdə yalnız valideyni iştirak edə bilər. Bunun üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmalıdır. Apelyasiyada üçüncü şəxslərin iştirakına icazə verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR