Bank Of Baku

Hacıqabul gölü qurumaq üzrədir

Hacıqabul gölü qurumaq üzrədir
# 29 iyul 2008 08:39 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynalov – APA. Hacıqabul gölü qurumaq təhlükəsi ilə üzləşib. Yerli ekoloqların APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, sahəsi 8 kv.km-dən çox olan göl yaxın aylarda quruya bilər. İyulun 29-da göldə monitorinq keçirən ekoloqların fikrincə, əvvəllər gölə yalnız Kür çayı daşanda su gəlib. Sovetlər dövründə gölə süni surətdə nasoslarla su vurulub, ancaq sonradan bu işlərin dayanması nəticəsində göl susuz qalıb. Havaların isti keçməsi də göldə suyun buxarlanmasını sürətləndirib. Nəticədə gölün 80 faizi quruyub. Kanalizasiya və çirkab sular axıdılan göldən kəskin üfunət iyi gəlir. Təbii fəlakət və epidemiya mənbəyinə çevrilən gölün mikrofaunası və florası məhv olub. Qızılqazların daim məskəni olan Hacıqabul gölünə artıq bu quş növləri qonmur. 3 saylı Şirvan ekologiya və təbii sərvətlər ərazi idarəsindən isə məsələyə münasibət bildirmək istəməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR