Bank Of Baku

Azərbaycan Nazirlər Kabineti “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nı təsdiqləyib

Azərbaycan Nazirlər Kabineti “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nı təsdiqləyib
# 29 iyul 2008 09:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası»nı təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib. Qaydalar təhlükəli tullantıların istifadə məqsədi ilə Azərbaycan ərazisinə idxalını, ixracını və tranzit daşınmasını tənzimləyir. Təhlükəsiz emalı mümkün olmayan təhlükəli tullantıların tranzit daşınması, basdırılması və zərərsizləşdirilməsi məqsədilə Azərbaycana gətirilməsi qadağan olunub. Qaydalara əsasən, təhlükəli tullantıların istifadə məqsədilə Azərbaycan ərazisinə idxalı, ixracı və tranzit daşınmaları Nazirlər Kabinetinin razılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən icazə əsasında həyata keçirilir.
Qaydalarda təhlükəli tullantıların daşınması ilə bağlı icazələrin verilməsi, məsuliyyət, tələb olunan sənədlər, sərhədlərarası daşınmaya qoyulan tələblər və s. əksini tapıb.
Təhlükəli tullantıların ölkəyə qanunsuz idxalı və ya ərazisindən tranzit daşınması aşkar olunduqda, həmin tullantılar daşınmada iştirak edən tərəflərin hesabına təhlükəli tullantıların məxsus olduğu dövlətə geri qaytarılacaq və ya Bazel Konvensiyasında nəzərdə tutulmuş qaydada 30 gün müddətində sanitar-ekoloji baxımından təhlükəsiz üsullarla utilizasiya olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR