Bank Of Baku

Bir qrup hüquq müdafiəçisi mətbuat konfransı keçirib

Bir qrup hüquq müdafiəçisi mətbuat konfransı keçirib
# 29 iyul 2008 09:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün bir qrup hüquq müdafiəçisi Azərbaycandakı sosial-iqtisadi vəziyyətlə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bürosunun rəhbəri Səadət Bənənyarlı artıq prezident seçkilərinə rəsmi start verildiyini, lakin buna baxmayaraq ölkədə seçki əhval-ruhiyyəsinin hiss olunmadığını qeyd edib. Onun sözlərinə görə, buna səbəb əhalinin sosial vəziyyətinin ağırlaşmasıdır. Hüquq müdafiəçisi ölkədə tikinti sektoruna böyük vəsaitin ayrıldığını söyləyib. S. Bənənyarlı siyasi partiyaları sosial hüquqlarla bağlı mübarizə aparmağa çağırıb. D. Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə vergi sisteminin normal qurulmadığını bildirib. Onun sözlərinə görə, QHT-in xarici donorlardan aldığı qrantdan 37 faiz vergi tutulur. Ancaq böyük tikinti şirkətləri, ayrı-ayrı obyektlər, müğənnilər, sahibkarlar vergiyə cəlb olunur. N. Cəfəroğlu əhalinin mülkiyyət hüququnun pozulduğunu da qeyd edib. Hüquq müdafiəçisi siyasi partiyaların əhalinin sosial hüquqlarının qorunması istiqamətində fəal olmasını vacib sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR