Bank Of Baku

Plovdağ nekropolunda III minilliyin ortalarına aid yaşayış yeri aşkarlanıb

Plovdağ nekropolunda III minilliyin ortalarına aid yaşayış yeri aşkarlanıb
# 29 iyul 2008 11:53 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı -APA. Naxçıvanda yerləşən Plovdağ nekropolunda aparılan arxeoloji qazıntılar nəticəsində eramızın III minilliyin ortaları II minilliyin əvvəllərinə aid yaşayış yerinin qalıqları aşkarlanıb. Dairəvi planda evləri olan bu yaşayış məskəni orta tunc dövrünə aid kurqanların altından tapılıb. Bu barədə APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Bəhlul İbrahimov məlumat verib. Ekspedisiya rəhbəri tədqiqat nəticəsində gildən ocaq qalıqları, daş alətlər, keramika əşyalarının üzə çıxarıldığını bildirib. Aşkarlanan təbəqədə avqustun 20-dək arxeoloji qazıntıların aparılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR