Bank Of Baku

Baş nazir Şəki fermerlərinə təbrik məktubu göndərib

Baş nazir Şəki fermerlərinə təbrik məktubu göndərib
# 29 iyul 2008 12:12 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. Azərbaycanın baş naziri Artur Rəsizadə Şəki fermerlərinə təbrik məktubu göndərib. Şəki rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, baş nazir fermerləri taxılçılıq sahəsində bol məhsul əldə etmələri münasibətilə təbrik edib. Məktubda deyilir: “Prezidenti kənd təsərrüfatının inkişafı sahəsində müəyyənləşdirdiyi aqrar siyasətin tələblərinə müvafiq böyük əzmlə çalışaraq uğurlu nəticələr qazanmış Şəki rayonunun taxılçılarını səmimi təbrik edirəm. Əminəm ki, fermer təsərrüfatlarına və kənd təsərrüfatı məhsullarının istehsalına yüksək dövlət dəstəyindən səmərəli istifadə edən rayonun əməkçiləri bundan sonra da ölkə əhalisinin ərzaq təminatının daha da yaxşılaşması naminə qarşıda duran vəzifələri uğurla həyata keçirəcək və yüksək məhsuldarlığa nail olacaqlar”.
Qeyd edək ki, bu il Şəki ölkə üzrə ən çox taxıl istehsal edən rayon olub. Belə ki, bu il Şəki fermerləri 220000 ton taxıl istehsal ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR