Bank Of Baku

Şəkinin rəsmi internet saytının təqdimatı keçirilib

Şəkinin rəsmi internet saytının təqdimatı keçirilib
# 29 iyul 2008 12:36 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. Bu gün Şəkidə rayonun rəsmi internet saytının təqdimat mərasimi keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, mərasimə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin zona nümayəndəsi Məmməd Mustafayev, təşkilat və müəssisə rəhbərləri, KİV nümayəndələri qatılıb. Mərasimdə çıxış edən M. Mustafayev Şəki rayonunun yeni internet səhifəsinin yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, saytın qədim tarixi köklərə bağlı olan Şəkinin mədəniyyət və turizm potensialının dünya ya tanıdılmasında xüsusi rol oynayacağını bildirib.
Qeyd edək ki, yeni saytda (www.sheki-ih.gov.az) ziyarətçilər rayonda aparılan yenidən qurma işləri və gündəlik xəbərlərlə tanış ola biləcəklər. Bundan başqa, yerli sakinlər saytda yerləşdirilən xüsusi elektron ünvanlara öz şikayət və iradlarını göndərmək imkanına malik olacaqlar. Həmin elektron ünvanlara göndərilmiş olan şikayət məktubları bir başa rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yoxlanılacaq. Yeni sayt avqustun 1-dən fəaliyyətə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR