Bank Of Baku

Dövlət proqramı çərçivəsində 81 azərbaycanlı xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alır

Dövlət proqramı çərçivəsində 81 azərbaycanlı xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alır
# 29 iyul 2008 13:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” imzaladığı sərəncam əsasında 8 il ərzində 5 min azərbaycanlı gəncin xarici ölkədə təhsil alması nəzərdə tutulub. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda bu proqram çərçivəsində 81 azərbaycanlı xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alır. Onların 20-i Rusiyada, 13-ü Fransada, 10-u Türkiyədə, 8-i Böyük Britaniyada, 7-i ABŞ-da, 5-i Cənubi Koreyada, 5-i Almaniyada, 4-ü Niderlandda, 2-i Avstraliyada, 2-i İsveçdə, 1-i İsveçrədə, 1-i İspaniyada, 1-i Yaponiyada, 1-i Yeni Zelandiyada, 1-i Çexiyada tibb, iqtisadiyyat, sənaye, İKT, elm, hüquq və incəsənət istiqamətləri üzrə təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR