Bank Of Baku

Ehtiyatda Olan Zabitlər Konfederasiyasının qurultayı keçirilib

Ehtiyatda Olan Zabitlər Konfederasiyasının qurultayı keçirilib
# 30 iyul 2008 10:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Ehtiyatda Olan Zabitlər Konfederasiyasının (EOZK) IV qurultayı keçirilib. APA-nın məlumatına görə, Konfederasiyanın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev bildirib ki, qurumun 65 rayon təşkilatından 230 qurultay nümayəndəsi seçilib, qurultayda nümayəndələrin 210-u iştirak edib. D. Rzayev hesabat çıxışında ötən müddət ərzində ehtiyatda olan zabitlərin birliyinin qorunub saxlanması, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq addımlar atıldığını deyib. O, ehtiyatda olan zabitlərə dövlət tərəfindən də qayğı göstərildiyini dilə gətirib. D. Rzayev Azərbaycan ordusunun 90 illiyi ilə bağlı hərbi paradın keçirilməsini yüksək qiymətləndirib, bununla belə, ordu ilə bağlı bəzi mətbuat orqanlarında böhtan xarakterli yazıların dərc olunduğunu bildirərək bu halı pisləyib. O, televiziyalarda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına az yer ayrıldığını da deyib. Sədrin çıxışından sonra Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul edilib. Müraciətdə prezidentin 5 illik fəaliyyəti yüksək qiymətləndirilib. Qurultay nümayəndələri oktyabrda keçiriləcək prezident seçkilərində İ. Əliyevin namizədliyini irəli sürüblər.
Təşkilati məsələlərin müzakirəsinin nəticəsi olaraq D. Rzayev yenidən Konfederasiyanın sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR